AZ

İran rəsmisi: Tezliklə yerli peyklər orbitə buraxılacaq 

İran Kosmik Agentliyinin (ISA) rəhbəri Həsən Salariye deyib ki, “Zəfər 2” və “Paya” peykləri xarici daşıyıcı raket vasitəsilə, yeni “Nahid 2” peyki isə yerli “Simurq” daşıyıcı raketdən istifadə edilməklə orbitə buraxılacaq.

İranın Chang’e-8 layihəsi ilə bağlı Çinlə əməkdaşlıq etdiyini qeyd edən agentlik rəhbəri, bu layihənin tamamlandığını və onun mühəndislik prototipinin inşasına tezliklə başlanılacağını bildirib.

O, İslam Respublikasının “Ay və digər planetlərin tədqiqi” ilə bağlı beynəlxalq proqramlarda iştirakını “fəal” adlandırıb və bu fəaliyyətlərin “kosmosda qiymətli təbii sərvətlərə və enerjiyə çıxışa yol açacağını” deyib.

Seçilən
8
veteninfo.az

1Mənbələr