AZ

“Ermənistanda artıq KTMT-yə inam yoxdur” - Hərbi ekspert

“Ermənistanda artıq KTMT-yə inam yoxdur”.

Hərbi ekspert Üzeyir Cəfərov News365.az-a açıqlamasında bildirib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) etimadı artıq demək olar ki, yoxdur.

Onun sözlərinə görə, Ermənistanın rəhbərliyi ötən illərdə təşkilatdan dəstək gözləyib, lakin bu gözləntilər doğrulmayıb.

Ü. Cəfərov qeyd edib ki, regionda baş verən proseslər və Azərbaycanın hərbi əməliyyatları Ermənistanın vəziyyətini daha da gərginləşdirib: “5 il əvvəlki 44 günlük müharibənin şanlı günlərini xatırlayırıq. O dövrdə Ermənistan ərazisində mülki şəxslər atəşə tutulurdu. Gəncə, Ağcəbədi, Zərdab və Beyləqan rayonları hədəf alınıb”.

Ekspert həmçinin bildirib ki, Ermənistanın bəzi rəhbər şəxsləri artıq vəziyyətin ciddiliyini anlamağa başlayıblar və bu, onların Rusiya ilə əlaqələrinə də təsir göstərir. Ü. Cəfərov əlavə edib ki, 102-ci baza məsələsi Ermənistan üçün müəyyən problemlər yaradır, çünki orada keçirilən təlim və manevrlər barədə müvafiq dövlət qurumlarına əvvəlcədən məlumat verilməlidir.

Seçilən
11
news365.az

1Mənbələr