AZ

S&P: OPEC+ hasilatı bərpa edir, qiymətlərin enişini cilovlayır

BAKI, 6 oktyabr. TELEQRAF

"OPEC+"un məqsədi qiymətlərin kəskin düşməsini önləməkdir. İndiyədək alyansın qiymətləri tənzimləmək siyasəti çox uğurlu olub".

Teleqraf TASS-a istinadən xəbər verir ki, bunu "S&P Global Commodity Insights" şirkətinin həmsədri Deyv Ernsberqer müsahibəsində deyib.

" Yəni, sentyabr və oktyabr aylarında neft hasilatı artıb.Qiyməti hələ də 65 dollar səviyyəsindədir".

Ötən ilin əvvəlindən səkkiz aparıcı OPEC+ ölkəsi könüllü olaraq neft hasilatını gündəlik 2,2 milyon barel azaldıb. Bu ilin aprelindən başlayaraq Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Qazaxıstan, Əlcəzair, Oman və Küveyt nefti tədricən qlobal bazara qaytarmağa başlayıb.

Aprel ayında hasilat sutkada 138 min barel artırılaraq may-iyul aylarında ayda 411 min barel, avqustda 548 min barel və sentyabrda 547 min barel yüksəlib.

Ernsbergerin sözlərinə görə, əgər bu həcm qlobal tələbatı ödəsə, alyans gələcəkdə 2 milyon barel nefti bazara qaytara bilər.

OPEC daha əvvəl Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan və Omandan artıq neft hasilatını kompensasiya etmək üçün yenilənmiş planlar alıb. Bu ölkələrdən 2025-ci ilin sentyabrından 2026-cı ilin iyununa qədər gündəlik 4,679 milyon barel artıq neft hasilatını kompensasiya etmələri tələb olunacaq.

Oktyabrın 5-də keçirilən son iclasdan sonra səkkiz OPEC+ ölkəsi noyabrda neft hasilatını sutkada 137 min barel artırmaq qərarına gəlib. Rusiya və Səudiyyə Ərəbistanı hasilatı sutkada 41 min, İraq 18 min, BƏƏ 12 min, Küveyt 10 min, Qazaxıstan 7 min, Oman 4 min barel artıracaq.

Qeyd edək ki, hazırda Rusiyanın hasilat kvotası sutkada 9,532 milyon barel, Səudiyyə Ərəbistanında - 10,061 milyon barel, İraqda - 4,255 milyon barel, Küveytdə - 2,569 milyon barel, BƏƏ-də - 3,399 milyon barel, Qazaxıstanda - 1,563 milyon barel, Omanda - 8 min barel, 8 min bareldir.

Seçilən
66
teleqraf.com

1Mənbələr