AZ

Qadın avtobus sürücüləri nə vaxt işə başlayacaqlar? - Açıqlama

""BakuBus" MMC fəaliyyətə başladığı gündən ictimai nəqliyyat sahəsində xidmət keyfiyyətinin artırılmasını və sərnişin məmnunluğunu əsas prioritet istiqamət olaraq müəyyən etmiş, bu məqsədlə ardıcıl tədbirlər həyata keçirib. Eyni zamanda, şirkət gender bərabərliyinin təşviqi və inklüziv iş mühitinin yaradılmasına daim diqqət yetirir".

News24.az xəbər verir ki, “BakuBus”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva deyib. O bildirib ki, qadın sürücülərin ictimai nəqliyyata cəlb olunması təşəbbüsü "BakuBus" MMC üçün prioritet mövzulardan biridir:

"Bu məqsədlə 1 avqust tarixində qadın sürücülər üçün təlimlərə başlanılıb. Təlimlərə qoşulan 5 namizəddən 2-si artıq təlim prosesini uğurla başa vurmaq üzrədir. Onlar qapalı təlim meydançasında praktiki bacarıqları tamamlayaraq "BakuBus" MMC-nin istismarında olan avtobuslarla şəhər turu üzrə praktiki təlimlərini davam etdirirlər.

Növbəti mərhələdə namizədlər nəzəri, praktiki imtahan verəcəklər və uğur qazandıqları təqdirdə, rəsmi olaraq "BakuBus" MMC-də sürücü kimi fəaliyyətə başlayacaqlar. Qadın sürücülərin ictimai nəqliyyatda iştirakı xidmət mədəniyyətinin yüksəldilməsinə, təhlükəsizlik səviyyəsinin artırılmasına və sosial inkişafın dəstəklənməsinə mühüm töhfə verəcək". (unikal.az)


Seçilən
35
7
news24.az

9Mənbələr