AZ

Xaricdən Azərbaycan klubuna böyük miqdarda pul göndərildi - FOTO

«Zirə» bu ilin iyulunda «Malmö»yə satdığı Salifu Sumaya görə ilk maliyyə tranşını qəbul edib.

Azərbaycan və İsveç klubları arasında anlaşmaya əsasən, transfer haqqı bir neçə partiyaya bölünüb.

Yəni, Skandinaviya təmsilçisi həmin məbləği hissə-hissə ödəməyi öz üzərinə götürüb.

Qvineyalı hücumçunun satışı 1,3 milyon avroya başa gəlib. Lakin bu vəsaitin heç də hamısı «qartallar»a çatmayacaq.

«Zirə»lilər qeyd olunan pulun bir hissəsini «Havr»a ödəyəcək. Çünki 21 yaşlı gəncin ilk peşəkar klubu Fransanın Liqa 1 iştirakçısıdır.

Afrikalı ilə 4,5 illik kontrakt imzalamış isveçlilər ilkin mərhələdə «Zirə»nin hesabına 600 min avro köçürüb. Qalan məbləğ isə qarşıdakı aylarda «qartallar»ın büdcəsinə daxil olacaq.

SPORTİNFO.AZ

Seçilən
3
sportinfo.az

1Mənbələr