AZ

“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu (FOTO)

Bakı. Trend:

Sərfəli mobil xidmətləri və sosial layihələrə davamlı dəstəyiilə seçilən “Nar”ın tərəfdaşlığı ilə “Bütün Vücudlar Danışır”sosial layihəsinin 2024-2025-ci illər üzrə hesabat tədbirikeçirilib. Layihənin əsas məqsədi həssas və qeyri-həssas qruplarıbir araya gətirməklə onların fiziki və emosional rifahınıyaxşılaşdırmaq, sosial bacarıqlarını inkişaf etdirmək, yenidostluqlar qurmaq və inklüziv cəmiyyətin gücləndirilməsinə töhfəverməkdir.

Tədbir çərçivəsində layihənin hesabatı təqdim olunub. Bildirilibki, il ərzində layihəyə ümumilikdə 587 nəfər – həm əlilliyi olan,həm də olmayan iştirakçı cəlb edilib və beləliklə, həssas vəqeyri-həssas qrupların birgə fəaliyyəti dəstəklənib. Həmçinin,cəmiyyətdə inklüziv davranış mədəniyyətinin təşviqi məqsədiləsosial şəbəkələrdə yayımlanan maarifləndirici videoların təsiri vəəldə olunan nəticələr tədbir iştirakçıları ilə bölüşülüb. Qonaqlarinklüziv dəyərləri əks etdirən bədii film nümayişini izləyib, eləcədə xüsusi inklüziv rəqs tamaşasının şahidi olublar. Tədbirdəlayihənin ideyası ətrafında birləşən tərəfdaş qurumların rəhbərləridə çıxış edərək inklüziv cəmiyyətin təşviqinə dair fikirlərinisəsləndiriblər.

Tədbirdə iştirak edən “Nar”ın İctimaiyyətlə əlaqələr vəkorporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimovabildirib: “Nar” ölkəmizdə inklüzivlik istiqamətində layihələrhəyata keçirən ilk şirkətlərdən biridir. Xüsusilə qürurvericidirki, bu təşəbbüslərimiz digər şirkətlər üçün də ilham və motivasiyarolunu oynayır. Biz inklüzivliyi dəstəkləməklə həm cəmiyyətininkişafına, həm də biznes mühitində sosial məsuliyyətingüclənməsinə töhfə veririk”.

Sosial məsuliyyət fəaliyyətlərini ardıcıl şəkildə davam etdirən“Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsindətəhsil, inklüzivlik və sosial rifah istiqamətində təşəbbüsləridəstəkləməklə cəmiyyətdə bərabər imkanların təşviqinə və inklüzivdəyərlərin güclənməsinə töhfə verir. Mobil operatorun həyatakeçirdiyi bütün sosial layihələrlə nar.az vasitəsilə tanış ola bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitəxidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinəgörə ölkədə lider mobil operatordur. Mobil operatormüştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymətqarşılığında üstün xidmət təqdim edir.

“Nar”ın
“Nar”ın
“Nar”ın
“Nar”ın
“Nar”ın
“Nar”ın
Məqalədə:
Seçilən
5
25
az.trend.az

10Mənbələr