AZ

Niderland şirkəti 2025-2026-cı illər ərzində Azərbaycanda inflyasiya səviyyəsi barədə danışıb

Bakı. Trend:

Niderlandın “ING Group” maliyyə qrupu qarşıdakı 2 il ərzindəAzərbaycanda istehlak inflyasiyasının səviyyəsinin yüksələcəyiniproqnozlaşdırır.

Trend xəbər verirki, ING-nin son qiymətləndirmələrinə görə, istehlak qiymətləriindeksi (CPI) 2024-cü ildə 4,9% olduğu halda, bu ilin sonuna qədərillik 5,1%-ə çatacaq, və 2026-cı ildə isə 5,8%-ə yüksələcəyigözlənilir.

“Əsasən tələb səbəbindən yaranan inflyasiya amillərinin azalmasıCPI-nin illik ifadədə avqust ayı üzrə 4,9%-ə yavaşlamasına imkanverib, apreldə–mayda 6,3%-lik pik səviyyəyə baxmayaraq ərzaqseqmentində təzyiq davam edir. Proqnoz göstəricilər, o cümlədənistehsalçı qiymətləri indeksi, neftin daha aşağı qiymətlərisayəsində xərclərin müəyyən qədər azalacağını göstərir, baxmayaraqki, ərzaq xərcləri və tələb tərəfdən təzyiq yüksək qalır.Azərbaycan Mərkəzi Bankı (AMB) CPI-nin orta müddətli perspektivdəillik ifadədə 5%-dən aşağı olacağını gözləyir ki, bu da hədəfdiapazonu olan 4±2%-ə uyğundur. İyul ayında AMB əsas uçotdərəcəsini 25 baza bəndi azaldaraq 7%-ə endirib və inflyasiyadinamikasının yaxşılaşdığını və xarici mühitin daha sabit olduğunuqeyd edib”, - ING-nin son hesabatında bildirilir.

Məqalədə:
Seçilən
6
az.trend.az

1Mənbələr