AZ

Britaniyalı məşhur yazıçı 88 yaşında vəfat edib

London, 6 oktyabr, AZƏRTAC

Məşhur britaniyalı yazıçı, “Rivals” (“Rəqiblər”) romanının müəllifi Cilli Kuper 88 yaşında vəfat edib.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, yazıçının ölüm xəbəri onun agenti tərəfindən təsdiqlənib. Cilli Kuper “The Rutshire Chronicles” adlı kitab seriyası ilə tanınırdı və bu seriyanın əsərləri Böyük Britaniyada 11 milyondan çox nüsxədə satılmışdı. O, yaradıcılıq fəaliyyətinə jurnalist kimi başlamış, ötən əsrin 60-cı illərində yazıçılığa keçmişdi. Onun “How to Stay Married” (“Necə evli qalmaq olar”) adlı ilk kitabı 1969-cu ildə nəşr olunmuşdu. Kuperin ilk əsərləri əsasən kişi və qadın münasibətlərinə, eləcə də Britaniyanın yuxarı orta təbəqəsinin həyatına həsr olunmuşdu. Bu motivlər sonradan onun bütün bədii yaradıcılığında mühüm yer tutmuşdu.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
42
1
azertag.az

2Mənbələr