AZ

Azərbaycana qripə qarşı vaksinlər gətirildi

Azərbaycana Fransanın “Sanofi Pasteur” şirkətinin istehsalı olan qripə qarşı vaksinlər gətirilib.

Avtosfer.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin müvafiq Əmrinə əsasən, oktyabrın 8-dən etibarən vaksinasiya kampaniyasına start verilir.

Bildirilib ki, xüsusilə səhiyyə işçilərinin, hamilə qadınların, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı şəxslərin qripə qarşı peyvənd olunması tövsiyə edilir:

“Əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.

Qripə qarşı vaksinasiya ödənişsizdir və yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır”.

 

 

Seçilən
8
22
avtosfer.az

10Mənbələr