AZ

İsgəndər Xəlilovun oğlunun şirkətləri ilə bağlı maraqlı məlumat yayılıb - Foto

İsgəndər

Azərbaycan əsilli məşhur iş adamı İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilovun Rusiyada pay sahibi olduğu şirkətlərdən bəziləri ötən il üçün maliyyə hesabatlarını açıqlayıblar.

Reyting.a
z-ın məlumatına görə, Yeniavaz.com şirkətlərin açıqladığı maliyyə hesabatına istinadən bildirir ki, ötən il ən yüksək gəliri Rəhman Xəlilovun 100% paya sahib olduğu “Reilqo” şirkəti əldə edib.

“Reilqo”nun ötənilki qazancı 50 milyard rubl (602 milyon dollar) olub. “Reilqo” şirkəti Xəzər dənizi və Gürcüstan üzərindən neft məhsullarının tranzitini həyata keçirir.

Qeyd edək ki, maliyyə hesabatı açıqlayan 10 şirkətin ümumi gəliri 62 milyard 480 milyon rubl (752,77 milyon dollar) olub.

Aşağıdakı cədvəldə Rəhman Xəlilova məxsus şirkətlər yer alıb.

Onu da bildirək ki, İsgəndər Xəlilovun kiçik oğlu Rauf Xəlilov Azərbaycanın ən böyük holdinqlərindən biri olan “İSR Holdinq”ə rəhbərlik edir. Holdinq 1995-ci ildə təsis edilib və fəaliyyət sahəsinə otelçilik, daşınmaz əmlak, logistika, texnologiya, pərakəndə satış, avtomobil istehsalı və s. kimi sahələr daxildir.

Seçilən
3
5
reyting.az

6Mənbələr