AZ

Səricanovun oğlu hakim qarşısına çıxarıldı

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanov hakim qarşısına çıxarılıb.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, oğul Səricanovun da işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Ə.Səricanov da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilib. O, dövlət və ictimai xadimlərin həyatına sui-qəsd hazırlığında təqsirləndirilir.

Bu gün iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. İclasın mahiyyətinə uyğun olaraq, təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəməyə sədrlik edən hakim Səbinə Məmmədzadə ona hüquq və vəzifələrini izah edib.

Təqsirləndirilən şəxsin vəkili Bəxtiyar Hacıyev həbs qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmə istintaqının açıq keçirilməsi və başqa bir neçə vəsatət qaldırıb. Vəsatətlər təmin edilməyib.

İlk baxış iclası oktyabrın 16-na təyin edilib.

Seçilən
8
11
publika.az

10Mənbələr