ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Sabah Rusiya Prezidenti Vladimir Putinin 72 yaşı tamam olur.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Kremlin rəsmi sözçüsü Dmitri Peskov Rusiya liderinin sabahkı planları barədə danışıb.
Onun sözlərinə görə, Putin oktyabrın 7-də Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirəcək.
Peskov bildirib ki, Rusiya liderinin həmin gün bir neçə beynəlxalq telefon danışıqları aparması da planlaşdırılır.
Bununla yanaşı, Kremlin sözçüsü Putinin ad günündə işdən əlavə şəxsi planlarının da ola biləcəyini istisna etməyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.