AZ

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda 20 mindən çox qonaq iştirak edəcək

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 6 oktyabr, AZƏRTAC

ADA Universitetində 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində “Azərbaycan Şəhərsalma Kampaniyası”nın təqdimatı baş tutub.

AZƏRTAC xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə həyata keçirilən kampaniya şəhərsalma, məskunlaşma, dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə kimi aktual istiqamətləri əhatə edib.

Kampaniya çərçivəsində tərəfdaşlar tərəfindən forumlar, panel müzakirələr, akademik araşdırmalar, düşərgələr, festivallar, sərgilər, idman və ictimai tədbirlərin təşkili nəzərdə tutulur. Bu təşəbbüslər əhali arasında dayanıqlı və inklüziv şəhərsalma həllərinin təşviqinə, eləcə də yerli və beynəlxalq tərəfdaşlıqların möhkəmləndirilməsinə xidmət edəcək.

Azərbaycanın beynəlxalq tədbirlər keçirmək üçün böyük təcrübəyə malik olduğunu deyən BMT-nin Məskunlaşma Proqramının Azərbaycan üzrə rəhbəri Anna Soave jurnalistlərə açıqlaması zamanı bildirib ki, 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda (WUF13) 20 mindən çox qonaq iştirak edəcək.

“Foruma dünyanın müxtəlif ölkələrindən şəhərsalma və arxitektura üzrə mütəxəssislər, tanınmış şirkətlərin təmsilçiləri qatılacaqlar. WUF13 dünyanın ən böyük tədbirlərindən biridir. Bu, şəhərsalma mövzusuna fokuslanan ən böyük tədbirdir. Ümid edirik ki, gələn il Bakıya 20 mindən çox peşəkar gələcək, mövcud problemlərin həlli yolları axtarılacaq, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün yol xəritəsinin hazırlanması müzakirə olunacaq. Tədbirin həm Azərbaycan, həm də dünya şəhərsalma mədəniyyəti üçün faydalı olacağına ümid edirəm”, - deyə Anna Soave qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
3
azertag.az

4Mənbələr