“Barselona”da Ronald Kumanın köməkçisi olmuş, komandanın sabiq hücumçusu Henrik Larsson keçmişdə klubun diqqətini həmyerlisi Aleksander İsaka yönəltməyə çalışdığını xatırladıb.
İsveçli mütəxəssis Kataloniya klubunda 2020–ci ilin avqustundan 2021-ci illin oktyabrına kimi çalışıb.
Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Larsson rəhbərliyə İsakı “Real Sosyedad”da çıxış etdiyi dövrdə tövsiyə edib:
“Barselona”da işləyərkən mənə maraqlı hücumçuların siyahısını hazırlamaq tapşırıldı. Mən ora İsakı da daxil etdim. Siyahıda həmçinin, Robert Levandovski də var idi”.
Levandovski 2022-ci ilin yayında, Xavi Hernandesin dönəmində “Barselona”ya transfer olunub. İsakın transferi isə mümkün olmayıb. 25 yaşlı hücumçu bu ilin yayında “Nyukasl”dan “Liverpul”a 145 milyon avroya keçib.