AZ

“Qarabağ” bu mövsüm UEFA dan nə qədər qazanıb? Rəqəmlər bəlli oldu

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağdamın “Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsində ardıcıl uğurları ilə ciddi məbləğdə gəlir əldə edə bilib.

"AzPolitika" xəbər verir ki, bu mövsüm ÇL-nın qrup mərhələsində mübarizə aparan komanda 23,62 milyon avro (o cümlədən 18,62 milyon başlanğıc haqqı və 5 milyon əmsal-bazar payı) gəlirlə mövsümə başlamışdı.

Ağdam təmsilçisi ilk turda Portuqaliyanın nəhəngi “Benfika” üzərində, ikinci turda isə Danimarka çempionu “Kopenhagen”i məğlub etdiyi üçün UEFA-dan əlavə 4,2 milyon avro qazanıb.

Beləliklə, Ağdam təmsilçisinin cari mövsümdə ümumi qazancı 27,82 milyon avroya (təxminən 55 milyon manata) çatıb.

Qeyd edək ki, “Qarabağ” növbəti qarşılaşmasını səfərdə İspaniyanın “Atletik Bilbao” klubuna qarşı keçirəcək.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
azpolitika.info

1Mənbələr