AZ

Azərbaycan paralimpiyaçısı Avropa çempionatında növbəti medalını qazandı

Azərbaycan paragüllə atıcısı Kamran Zeynalov Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında daha bir gümüş medal qazanıb.

İdman.biz xəbər verir ki, o, bu dəfə 50 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P4) 221,6 xalla ikinci yeri tutub.

Qeyd edək ki, paralimpiyaçı daha əvvəl qitə çempionatında qarışıq komanda üzrə 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P6) Aybəniz Babayeva ilə birlikdə gümüş medala sahib çıxıb.

İdman.biz

Seçilən
16
7
idman.biz

9Mənbələr