AZ

FHN-in karateçiləri III MDB Oyunlarında yüksək nəticələr əldə ediblər (FOTO)

Bakı.Trend:

3-4 oktyabr 2025-ci il tarixlərində Mingəçevir şəhərindəyerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində III MDB Oyunlarıçərçivəsində karate idman növü üzrə yarışlara yekun vurulub.

Yarışda iştirak edən 8 ölkədən 96 idmançı əzmkar mübarizəapararaq öz qüvvələrini sınayıblar. Yarışda uğurla çıxış edən 24idmançıdan ibarət Azərbaycanın karate üzrə milli yığma komandasınınüzvləri olan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından MühafizəXidmətinin əməkdaşı daxili xidmət baş çavuşu Rövşən Əliyev, Mülkimüdafiə qoşunları N saylı hərbi hissəsinin əsgəri Nuran Rzazadəkata və kumite yarışlarında yüksək nəticələr əldə etməyibacarıblar.

Bu barədə FHN-dən Trend-ə məlumat verilib.

Bildirilib ki, kişilər arasında kumite yarışlarında -67 kq çəkidərəcəsində 5 döyüş keçirərək finala vəsiqə qazanan Nuran Rzazadəfinal görüşündə Qırğızıstan təmsilçisinə 7:3 hesabı ilə qalibgələrək III MDB Oyunlarının qızıl medalına sahib çıxıb.

"Bundan əlavə, kişilər arasında şəxsi kata yarışlarındakomandanın digər üzvü Rövşən Əliyev isə bürünc medala yiyələnməyibacarıb.

III MDB Oyunlarında karate idman növü üzrə yarışlarınkeçirilməsində Azərbaycan milli dərəcəli hakimi, FHN-inİdman-sağlamlıq klubunun əməkdaşı daxili xidmət leytenantı MuradHacızadə də iştirak edib".

Qeyd edək ki, FHN-in karate komandasının əsas məşqçisi ikiqatdünya çempionu, 8-ci dan qara kəmər sahibi Nazirliyinİdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

FHN-in
FHN-in
FHN-in
FHN-in
Seçilən
3
14
az.trend.az

10Mənbələr