AZ

9 ayda geri qaytarılan ƏDV-nin məbləği açıqlandı

Azərbaycanda 9 ayda geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılan həcmi 140 milyon 216,0 min manat olub.

Seçilən
9
46
demokrat.az

10Mənbələr