AZ

“13 yox, 17 yaşında” – Dilənçi qızın dəyişikliyi cəmiyyəti iki yerə böldü

Sosial mediada 13 yaşlı dilənçi qızın “kosmetik dəyişimi” ilə bağlı görüntülər geniş müzakirələr doğurub.

KONKRET.az xəbər verir ki, bir tərəfdən, bu görüntüləri paylaşanlar bunun “xoş niyyətli” təşəbbüs olduğunu iddia edir, digər tərəf – cəmiyyətin böyük bir qismi məsələyə tamamilə fərqli yanaşır.

Məcazi fəza, adətən, hadisələri şişirtməklə gündəmə gətirməklə məşhurdur. Amma bu dəfə baş verənlər sadəcə şou xarakterli deyil, həm də sosial problemə işıq salır. Məsələ ondadır ki, 13 yaşlı qızın üzünü, geyimini dəyişmək onun həyatını dəyişmək mənası vermir. Cəmiyyətin sərt reaksiyasının da kökündə məhz bu dayanır. İnsanlar haqlı olaraq bildirirlər ki, uşaq kosmetik və zahiri dəyişikliklərlə xilas ola bilməz.

Mövzuda iki məsələ var: birincisi, sosial rifah problemi; ikincisi, etik tərəf.

Uşaqların dilənməsi faciədir. Bu, dövlətin, cəmiyyətin, qeyri-hökumət təşkilatlarının və hər bir fərdin üzərinə düşən məsuliyyəti ortaya qoyur. İkincisi, belə həssas mövzuları reytinq və diqqət naminə paylaşmaq, şouya çevirmək etik baxımdan ciddi yanlışlıqdır. Bir uşağın taleyi tamaşaçı marağına qurban vermək nə dərəcədə doğrudur?

Müzakirələrin ən mühüm məqamı ondan ibarətdir ki, əgər qızı doğrudan da xilas etmək istəyirlərsə, onun görünüşünü dəyişmək yox, parta arxasına qaytarmaq lazım idi. O zaman real dəyişiklik baş verə bilərdi. Çünki təhsil, bilik və düzgün istiqamət hər hansı kosmetik dəyişimdən qat-qat güclüdür.

Videoya diqqətlə baxdıdq görünür ki, həmin qız heç vaxt məktəbə getməyib. Təsəvvür edin, 21-ci əsrin 4-də birini geridə qoymuşuq, amma hələ də cəmiyyət adını belə yaza bilməyən insanlarla doludur.

“Yeni Sabah”a danışan bloqçu və aparıcı Nail Kəmərli bildirib ki, həmin qızın əslində, 13 deyil, 17 yaşı var:

“Həmin qızlar küçədə yaşayırlar. Qaraçıdırlar. 2 bacıdırlar. Yaşayış yerləri yoxdur. Sığınacağa getmək istədiyini desə də, sonra bundan imtina ediblər.

Sosial mediadakı tənqidlərə gəldikdə isə həmin qızın 13 deyil, 17 yaşı var. Şəxsiyyət vəsiqəsinə əsasən 13 yaşı olsa da, öz yaşı 17-dir. Məsələni araşdırmadan, görüntüləri izləmədən hər kəs fikir irəli sürür. Heç kəs işin əslinin nə olduğuna baxmır. Apardığım salonun adına belə baxsalar, görəcəklər ki, burada ancaq saç baxımı, rənglənməsi, boyanması kimi işlər görülür. Orada ümumiyyətlə makyaja aid heç nə yoxdur.

O ki qaldı dodaq boyasına, onu özü çəkdi. Öz istəkləri ilə belə oldu. Biz qarışa bilmərik. Biz etmiş olsaydıq belə, bu qədər qabartmazdıq. Cəmiyyətdə reytinq yığmağın ən gözəl və qısa üsulu tənqid etməkdir”.

Düşünürəm ki, sosial şəbəkələrdəki qızğın müzakirələr sadəcə emosional reaksiya deyil, insanların bu problemlə bağlı narahatlığının təzahürüdür. İndi vacib olan odur ki, bu narahatlıqlar real addımlara çevrilsin. Əks halda, bir qızın üzündəki makiyaj da silinəcək, geyimi də dəyişəcək, amma onun gələcəyi olduğu kimi kölgədə qalacaq”.

Bunun ardınca sosial media hesabında paylaşım edən Nail Kəmərli bildirib ki, cəmiyyət olaraq hər kəs o qızı oğru kimi qələmə verib:

“Bu qız 1 il idi ki, saçını yumurdu, baxım etmirdi, onu apardıq, gözəlləşdirdik ki, qadındır. Hətta azyaşlı uşaqları belə model kimi efirlərə çıxardıb bəzəyirlər. Bunu niyə qınayırsız?! Həmin qızın bu gün oğurluq etdiyi yerdə videosunu paylaşmısınız. Mən də bilirdim bunu, amma bununla məşğul olan qurumlar var. Bu qız indi nə qədər depressiya yaşayacaq həmin görüntülərə görə.

Cəmiyyət olaraq onu, oğru kimi qələmə vermisiz. Müsbət nəsə yazsaydınız nə olardı? Niyə ümidlərini qırırsınız? Bir damcı bəzənib deyə hərəniz hər yandan topa tutduz. Nail uzun illərdir oğurluq edən bir qızı gözəlləşmiş bir xanım kimi qələmə vermişdi. Nə etsə də, o görüntüləri paylaşmalı deyildiniz. İmkan verərdiz, yaddaşlarda dodaqlarına boya çəkən xanım kimi qalardı”.

Seçilən
6
2
konkret.az

3Mənbələr