AZ

Müxalifətin hazırladığı bəyanat layihəsi rədd edildi

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ermənistan parlamentinin Dövlət və hüquq məsələləri Komissiyası müxalif "Şərəfim var" fraksiyasının təqdim etdiyi "Milli böhran və idarəetmənin iflası haqqında" bəyanatı mənfi rəylə qarşılayıb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri bildirib.

Hakim "Vətəndaş müqaviləsi" partiyasından olan həmməruzəçi Arusyak Culhakyan qeyd edib ki, 2021-ci ildə keçirilən seçkilərdə parlament müxalifəti səslərin 10 %-ni belə qazana bilməyib. Müxalifətin sonrakı fəaliyyəti göstərib ki, xalq hakimiyyəti dəstəkləməkdə davam edir.

"Bu müzakirələr üçün hələ tezdir. Gəlin gözləyək, xalqı birləşdirin. Əgər parlament seçkilərinə qədər bunu bacarsanız, müzakirə edək. Əgər bacarmasanız, o zaman seçkilər demokratik ölkələrdə hakimiyyətin dəyişməsinə imkan verən qanuni vasitədir", - o deyib.

Həmməruzəçinin sözlərinə görə, həm bu bəyanat, həm də hökumətə etimadsızlıq prosesi üçün hələ tezdir.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
5
cebheinfo.az

6Mənbələr