Xəbər verdiyimiz kimi, Fransanın yeni təyin edilmiş Baş naziri Sebastyan Lekornu istefa verib.
Redaktor.az-ın Fransanın “BFMTV” telekanalına istinadən məlumatına görə, Lekornunun istefasından sonra ölkə Prezidenti Emmanuel Makronun Parisdə tək gəzməsinin görüntüləri yayılıb.
Bildirilib ki, Makron Baş nazirin istefasından bir neçə saat sonra Paris küçələrində tək gəzmək qərarına gəlib.
Videosüjeti şərh edən aparıcı bildirib: “O, deyəsən telefonla danışır. Aydındır ki, çox məsləhətləşmələr keçirməlidir və yaxın saatlarda istər yeni Baş nazir, istər parlamentin buraxılması, istərsə də referendumla bağlı qərarı o verməlidir”.
Onu da qeyd edək ki, sentyabrın əvvəli Baş nazir postuna təyin edilən S.Lekornunun istefasından sonra Fransada siyasətçilər E.Makronu da istefa verməyə çağırıblar.