AZ

"Gözləntim Bakıda "Ayaks"dan 3 xal, "Ayntraxt"dan 3 və ya 1 xaldı" - Emin Abbasov

“Qarabağ” Avropanı təəccübləndirməkdədi. Ötən mövsüm Avropa Liqasında 8 oyunda 3 xal toplayan “köhlən atlar” bu il ilk iki oyundan sonra 6 xalla qitənin ən nüfuzlu klub turnirində - Çempionlar Liqasında liderliyi bölüşür. Eyforiyaya qapılmaq olmaz, amma bu gedişlə “24-lük”də yer almaq mümkünsüz deyil. Qarşıda isə 6 oyun var. “Qarabağ” “Atletik”, “Napoli” və “Liverpul” ilə səfərdə, “Çelsi”, “Ayaks” və “Ayntraxt” ilə evdə qarşılaşacaq.

Bu oyunlarda nəyə ümid etmək olar? “Qarabağ”dan pley-offa vəsiqə gözləmək olarmı? Sualları həmkarımız Emin Abbasova ünvanladıq.
"Bir vətəndaş, futbolsevər kimi yaxşı nəticələrə köklənmişəm. Amma mütəxəssis kimi həmişə reallığa əlyeri qoymaq borcumuzdu. Əvvəlcədən "Qarabağ"ın ÇL-də 5-6 xal qazanacağına ümid edirdim. Çünki ötən mövsüm Avropa Liqasında cəmi 3 xal qazana bilmişdilər. Amma ilk iki tur bütün gözləntilərin üstündə oldu. Bunu dəqiqliklə demək olmur, məncə, 12 xal 24 komanda arasına düşmək üçün kifayət edə bilər. Qarşıda 6 oyun var. Mənim gözləntim Bakıda "Ayaks"dan 3 xal, "Ayntraxt"dan 3 və ya 1 xaldı. Amma "Qarabağ" elə bir yüksəliş yaxalayıb ki, gözləmədiyimiz oyundan belə, maksimum nəticə ilə ayrıla bilər. Bilbao səfərində 1 xal qazanılsa, möhtəşəm olar. Liqa mərhələsindən əvvəl “24-lüy”ə düşmək barədə heç düşünməzdim, amma belə başlanğıcdan sonra çox ümidliyəm".
MÜZƏFFƏR QULUZADƏ
Seçilən
5
1
football-plus.az

2Mənbələr