AZ

İsrail Qreta Tunberqi deportasiya edib

Qəzzaya humanitar yardım daşıyan Qlobal Sumud Flotilyasının İsrail tərəfindən saxlanılan daha 171 aktivistini bu gün Yunanıstan və Slovakiyaya deportasiya edilib.

Moderator.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

İsrail Qreta Tunberqi də deportasiya edib.

Məlumata görə, deportasiya olunanlar arasında Yunanıstan, İtaliya, Fransa, İsveç, Polşa, Almaniya, Norveç, Böyük Britaniya, Bolqarıstan, Litva, Lüksemburq, Finlandiya, Danimarka, İsveçrə, Serbiya, ABŞ, Litva və Avstriya vətəndaşları var.

Qeyd edək ki, bir neçə gün əvvəl Qəzzaya humanitar yardım daşıyan Sumud flotilyasının qarşısı İsrail tərəfindən kəsilib və yüzlərlə aktivist saxlanılıb.

Seçilən
4
5
moderator.az

6Mənbələr