AZ

Aİ rəsmisi: Gürcüstanın avrointeqrasiya yolu təhlükəyə atılır

“Avropa İttifaqına inteqrasiya prosesi demokratik nailiyyətlərə əsaslanır və Gürcüstan hakimiyyəti addımları ilə bu yolu təhlükə altına qoyur”..

APA-nın yerli bürosu xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət xidmətinin mətbuat katibi Anita Hipper brifinqdə deyib.

Onun sözlərinə görə, Aİ "demokratiyanın genişmiqyaslı geriləməsi" səbəbindən Gürcüstanla siyasi əlaqələri minimuma endirib. O, buna görə də bütün dəstəyin Gürcüstanda azad media və vətəndaş cəmiyyətinə yönəldildiyini vurğulayıb.

Aİ rəsmisi Gürcüstandakı yerli seçkilərə də münasibət bildirib. Hipper "seçkilərin media, vətəndaş cəmiyyəti və müxalifətə qarşı intensiv repressiyalar fonunda keçirildiyini" vurğulayıb.

Poliqon.info

Seçilən
7
3
poliqon.info

4Mənbələr