AZ

Şabranda avtomobil ağaca çırpılıb, sürücü ölüb - FOTO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şabran rayonunun Şahnəzərli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

***

14.29

Gəndob-Yalama avtomobil yolunda, Şabran rayonunun Şahnəzərli kəndi yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosu xəbər verir ki, “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü - Quba rayonunun Kələnov kənd sakini Elşən Rzaquliyev hadisə yerində ölüb. Avtomobildə olan bir qadın isə, xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub. Meyit deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şabranda
Seçilən
8
2
apa.az

10Mənbələr