AZ

Avropa İttifaqından Moldova ilə bağlı tarixi qərar

BAKI, 6 oktyabr. TELEQRAF

Bu gündən Moldova Respublikası Vahid Avro Ödəniş Sahəsinə (SEPA) qoşulub.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Baş naziri Dorin Resea bildirib.

“Bu, Aİ-nin bütün üzv ölkələri, həmçinin Böyük Britaniya, İsveçrə, Andorra, Monako, San Marino və Vatikan arasında avro ilə daha sürətli, təhlükəsiz və daha sərfəli pul köçürmələri deməkdir. Vəsaitlər 24 saatdan az müddətdə köçürülə bilər”, - baş nazir qeyd edib.

Moldova Milli Bankının rəhbəri Anka Draqu isə deyib:

“Moldovanın SEPA-ya inteqrasiyası milli maliyyə sistemi üçün tarixi məqamdır və ölkənin Avropa yolunu təsdiqləyir”.

Əvvəllər Moldovadan beynəlxalq transferin qiyməti 20-200 avro arasında dəyişirdi. SEPA-ya qoşulduqdan sonra ödənişlər yerli tariflərə və Aİ standartlarına uyğun olaraq bir neçə avroya və ya hətta pulsuz həyata keçiriləcək.

Seçilən
28
teleqraf.com

1Mənbələr