AZ

Həkimlər ət sevərlərə xəbərdarlıq etdi: Ət qidalanmanın əsas hissəsi olmamalıdır

Ət yalnız bitki mənşəli qidalanmaya nadir əlavə kimi qəbul edilməlidir.

E-saglam.az xəbər verir ki, “Gazeta.Ru”nun məlumatına görə, Lancet jurnalında dərc edilən hesabatda insan qidalanmasının əsasını bitki mənşəli məhsulların təşkil etməli olduğu, ətin isə məhdud miqdarda qəbul edilməsinin tövsiyə olunduğu bildirilir.

Sənəddə qeyd olunur ki, şəkər, duz və doymuş yağların istifadəsi minimuma endirilməlidir. Müəlliflərin hesablamalarına görə, insan gündə 15 qramdan artıq qırmızı ət qəbul etməməlidir. Bununla yanaşı, gündə 200 qram tərəvəz, 300 qram meyvə, 210 qram taxıl məhsulu, 250 qram süd məhsulu, 30 qram balıq və ya dəniz məhsulu yemək, həmçinin az miqdarda ağ ət qəbul etmək məsləhət görülür.

Terapevt Oksana Drapkina isə bildirib ki, sağlam həyat tərzi uğrunda ət məhsullarından tamamilə imtina etmək düzgün deyil. Onun sözlərinə görə, problem ətin özündə deyil, onun emal üsulundadır.

Diyetoloq və qastroenteroloq Nuriya Dianova isə xəbərdarlıq edib ki, çox emal olunmuş qidalar, qırmızı ət və əlavə şəkərli məhsullar bağırsaq sağlamlığına zərər verir və həyati təhlükəli xəstəliklərin yaranma riskini artırır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
18
e-saglam.az

1Mənbələr