AZ

Türkiyənin Maliyyə Nazirliyi metal sikkələrdən imtina edilməsi ilə bağlı iddiaları təkzib edib

ain.az, Azertag saytına istinadən bildirir.

Ankara, 6 oktyabr, AZƏRTAC

Türkiyə Xəzinədarlıq və Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Zərbxana səkkiz aylıq fasilədən sonra müxtəlif nominalı olan yeni sikkə partiyasını dövriyyəyə buraxmaqla, bəzi media orqanlarının türk lirəsinin məzənnəsinin tədricən enməsi fonunda metal pul nişanlarının zərb edilməsindən imtina edildiyi barədə iddialarını təkzib edib.

AZƏRTAC xəbər verir ki, sentyabr ayında 1 quruş nominalı olan 240 min, 5 quruşluq 180 min və 10 quruşluq 360 min ədəd sikkə zərb edilib.

Bundan əlavə, dəyəri baxımından ən çox xərc tələb edən 50 quruş nominalı olan 990 min ədəd sikkə də dövriyyəyə buraxılıb.

Ümumilikdə, ay ərzində zərb edilmiş sikkələrin (o cümlədən 1 və 5 lirəlik) sayı 54,2 milyon ədədi ötüb.

2024-cü il ərzində isə Türkiyədə müxtəlif nominalı olan 875,5 milyon ədəd sikkə dövriyyəyə buraxılıb.

Maliyyə Nazirliyi əhalini bəzi media qurumlarının yayımladığı təsdiqlənməmiş məlumatlara inanmamağa çağırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
2
azertag.az

3Mənbələr