AZ

Qılıncoynatma üzrə millinin baş məşqçisi: Sabahkı yarışlardan daha yaxşı nəticələr gözləyirik

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Gəncə, 6 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

III MDB Oyunlarında 6 bürünc medal qazanmışıq. Rəqiblərimiz zəif deyil. Rusiya yığmasında 2 dünya çempionu var. Özbəkistan komandasında da həmçinin belədir. Bu gün də qılıncoynadanlarımız bacardıqlarını etdilər. 2008-2009-cu il təvəllüdlü idmançılardır, öz üzərlərində hələ çox işləməlidirlər.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycan qılıncoynatma yığmasının baş məşqçisi Çingiz Mustafayev deyib.

Mütəxəssis sabah keçiriləcək yarışlardan daha yaxşı nəticələr gözlədiklərini bildirib. “Əsas odur ki, səhvlərimizi gördük, təcrübə ilə bunları aradan qaldırmaq mümkündür. Sabah iki komanda mübarizə aparacağıq. Əvvəlcə Rusiya, ardınca isə Özbəkistanla qarşılaşacağıq. Sabaha ümidimiz böyükdür, qızıl medal qazana bilərik. Komandamızın lideri, dünya çempionu Zərifə Hüseynova da yarışda olacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azertag.az

2Mənbələr