AZ

"Geyinirəm, bahalı maşın sürüb acıq verirəm" - Zamiq Hüseynov

Müğənni Zamiq Hüseynov konsertlərindən pul qazanmadığını açıqlayıb. 

Avtosfer.az xəbər verir ki, sənətçi bu haqda "İzzət şou"da danışıb. O bildirib ki, solo konsertlərində cibindən pul xərcləyib:

"Konsertlərimdə sevgi və əmək var. Amma qazanc yoxdur. Düzdür, biletləri satdıq. Amma müəyyən vəsait var ki, onu da cibimdən xərclədim. Tədbirdən, toydan qazancım var. Oturub 60-70 yaşında tariximə baxanda deyəcəyəm nə etdim? Onda belə konsertərə baxacağam. Mənim üçün fəxrdir. Kiminsə tədbirini oxuyuruq, bu, ailə üçün yadda qalacaq. Səhnədə təkcə monitora nə qədər pul ödədim".

Zamiq instaqramdan bəhs edib. O bildirib ki, instaqram insanlara acıq vermək üçündür:

"İnstaqram nə üçündür? Hamıya acıq vermək üçün. Otururq paylaşırıq: filan yerdəyik, səfərdəyik, bunu edirəm. Heç oturub evdə tum çırtlayanda foto qoyuruq? Yox... Ancaq geyinərəm, maşın sürərəm və acıq verərəm. Hər gün belə yaşamırıq ki: dava edirik, uşağın üstünə qışqırırıq".(Axşam.az)

Seçilən
3
2
avtosfer.az

4Mənbələr