AZ

Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR

Nazar Holdings/Bugatti Baku, dünyanın ən eksklüziv avtomobilinin regiondakı ilk təqdimatını həyata keçirdi.

FED.az xəbər verir ki, bu, təkcə Azərbaycanın deyil, həm də bütün Asiya və Yaxın Şərq regionunun ilk Mistral təqdimatıdır.

Bugatti Mistral — 1600 at gücünə malik W16 mühərriki ilə, 420 km/saatdan artıq sürətə çatan, dünyanın ən sürətli açıq tavanlı avtomobili kimi tanınır. Bu model, avtomobil sənayesində performans, dizayn və texnoloji mükəmməlliyin ən yüksək zirvəsini təmsil edir.

Nazar Holdings artıq 8 ölkədə Bugatti markasının rəsmi təmsilçisi olaraq fəaliyyət göstərir və markanın ən böyük və ən müasir Bugatti salonu məhz Bakıda yerləşir. Bugatti Baku, təkcə satış mərkəzi deyil, həm də lüks avtomobil dünyasının dəyərlərini əks etdirən unikal bir təcrübə məkanıdır.

Nazar Holdings-in sahibi  Əli Nəzər bildirib:

“Bugatti Mistral-ın Bakıya gətirilməsi yalnız bir avtomobilin təqdimatı deyil — bu, Azərbaycanı dünya superkar xəritəsində aparıcı mərkəzlərdən birinə çevirən hadisədir.”

Bu təqdimat həmçinin Bugatti Veyron-un 20 illik yubileyi ilə eyni zamana təsadüf edir və Heydər Əliyev Mərkəzində keçirilən unudulmaz mərasim çərçivəsində təqdim olunub.

BugattiBugattiBugattiBugattiBugattiBugattiBugattiBugatti
Seçilən
12
6
fed.az

7Mənbələr