"Çalışıram ki, tələbə, mağazada işləyən, kassir, az büdcəsi olan konsertimə gələ bilsin. Mənim konsertimdə birinci sırada bilet 60 manat idi. Digər həmkarları qınamıram. Onlar konsertə xərclənən məbləği çıxartmaq üçün 100-200-300 manata bilet satırlar. Çalışıram yükü tamaşaçının üstündən götürüm. Bunun üçün sponsorlar var. Sponsor pulu ödəsin, tamaşaçı əlini rahatlıqla cibinə salsın. Tamaşaçı qazandığı pulla sənə səs verir".
Day.Az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev aparıcı Kazım Sübhanın "Mədəni şou" proqramında danışıb. Müğənni konsertlərində bilet qiymətinin ucuz olmasından danışıb.
Proqramda qonaq olan Əməkdar artist Dilarə Əliyeva isə "O qədər mahnılar, komanda ilə çalışır, geyim, səhnə və bilet 60 manatdır. Mənim "stand-up"ımın bileti isə 150 manat idi" reaksiyasını verib.