BAKI, 6 oktyabr. TELEQRAF
Ukraynadan gəlmiş81 mindən çox qaçqın Moldovada xüsusi yaşayış hüququ əldə edib.
Teleqraf-ın xəbərinə görə, bu barədəMoldova Miqrasiya Departamenti məlumat yayıb.
Bildirilir ki, 2022-ci ilin fevral ayından əlavə3727 nəfər müvəqqəti, 2650 nəfər isə daimi yaşamaq üçün icazə alıb. Bundan başqa, 4504 nəfər Moldova vətəndaşlığı üçün müraciət edib, onlardan 2649-u artıq vətəndaşlığa qəbul edilib, daha 2889 nəfər isə vətəndaşlığını bərpa edib.
Moldovada ayrıca sığınacaq proseduru var. 370 nəfər sığınacaq üçün müraciət edib, onlardan 241-i artıq bu müdafiə ilə təmin olunub.
2023-cü ilin martında Moldova hakimiyyəti Ukrayna vətəndaşları üçün ölkədə qalmaq, işləmək, təhsil almaq, tibbi və sosial yardımla təmin olunmaq imkanı verən xüsusi rejim tətbiq edib.
Bu rejim sonuncu dəfə 2026-cı il martın 1-dək uzadılıb.