AZ

Molla arvadını öldürəndən sonra namaz qılıb — TƏFƏRRÜAT

Bu ilin aprelində Xaçmazın Xaspoladoba kəndində 45 yaşlı Yaqut Məmmədova​nın həyat yoldaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

KONKRET.az Qafqazinfo-ya istinadla xəbər verir ki, mərhumun həyat yoldaşı, həmin kəndin mollası 1977-ci il təvəllüdlü Asəf Məmmədova hökm oxunub.

Bildirilib ki, hadisə baş verən gün Asəfin qardaşı oğlunun əsgər getməsi ilə əlaqədar məclis olub və həyat yoldaşı Yaqut həmin məclisdə iştirak edib. Oraya gedən Asəf xanımından məclisi tərk etməsini tələb edib və onu evə aparıb. Yolda olarkən qadın ərini onun qohum məclislərində iştirak etməyə imkan verməməkdə günahlandırıb və aralarında mübahisə baş verib.

Evə getdikdən sonra mübahisə davam edib və Asəf arvadını yaylıqla boğaraq qətlə yetirib. O, həyat yoldaşını öldürəndən sonra kənd məscidində gecə namazı qılıb, daha sonra isə polis şöbəsinə gedərək təslim olub.

Məhkəmədə ifadə verən A.Məmmədov arvadını qətlə yetirdiyinə görə çox peşman olduğunu, daha əvvəl heç vaxt onu incitmədiyini, əvvəllər nevrozdan əziyyət çəkdiyini və əsəblərinə hakim ola bilmədiyi üçün belə bir əməl törətdiyini deyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədova 10 il 6 ay həbs cəzası verilib.

Seçilən
4
5
konkret.az

6Mənbələr