Son vaxtlar Rusiyada islamofobiya meyillərinin artdığı açıq şəkildə müşahidə olunur. Bu, xüsusən dövlətə yaxın media orqanlarının təqdimatında özünü göstərir.
Məsələn, bu günlərdə Rusiya mediası Krasnodar şəhərində sakit şəkildə namaz qılan bir şəxsi hədəfə alaraq, onun ibadətini təxribat xarakterli və nifrət dolu şəkildə işıqlandırıb. Sadə bir ibadət səhnəsi Kreml yönümlü informasiya resursları tərəfindən “vəhşilik” kimi təqdim olunub, “uşaqlar şok keçirib” kimi manipulyativ başlıqlarla ictimai qorxu yaradılmağa çalışılıb. Əlbəttə ki, belə təqdimat açıq şəkildə anti-müsəlman isteriyasının formalaşdırılmasına xidmət edir.
Halbuki, Rusiyada milyonlarla müsəlman yaşayır və onillər boyu heç bir problem olmadan ibadətlərini yerinə yetiriblər. İndi isə Kreml təbliğat maşını İslamı “təhlükə obrazı” kimi göstərmək, müsəlmanları isə ictimai şüurda “şübhəli”, “radikal”, “terrorçu” kimi qələmə vermək istiqamətində sistemli şəkildə fəaliyyət göstərir.
Qeyd etmək lazımdır ki, bir neçə gün əvvəl Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində məktəblərdə dini atributlardan istifadəyə rəsmi qadağa qoyulub. Yeni qaydalara əsasən, müsəlman qızların hicab, niqab, yaylıq və digər baş geyimlərində məktəbə gəlməsi qadağan edilib. Bu qərarla razılaşmayan valideynlərə isə övladlarını ev təhsili formasına keçirmək təklif olunub.
Bəs bu kimi addımlar xüsusilə müsəlman miqrantların sıxışdırılması, ölkədən çıxarılmasına gətirib çıxara bilərmi?
TV Musavat mövzu ilə bağlı mütəxəssislərin rəyini öyrənib.
Hazırladığımız videosüjeti təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com