AZ

Hakan Fidan Azərbaycana gələcək

Türkiyə xarici işlər naziri Hakan Fidan oktyabrın 7-də Azərbaycana gələcək.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, o, Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının XII Zirvə toplantısından əvvəl baş tutacaq TDT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

H.Fidan, həmçinin bəzi ikitərəfli görüşlər keçirəcək.

Səfərin iki gün davam edəcəyi bildirilir.

Seçilən
18
5
operativmedia.az

5Mənbələr