Ajans.az xəbər verir ki, qızlardan ibarət komandamız (Polina Şukina, Deniz Gökçöl, Angelina İsmayılova və Leyla Allahverdiyeva) yarımfinalda Özbəkistan yığmasını məğlub edib – 22:10. Finalda yığmamız Rusiyaya məğlub olaraq (13:19) Oyunların gümüş mükafatçısı olub. Belarus yığması turniri üçüncü pillədə başa vurub. Oğlanlardan ibarət komandamız (Hüseyn Qaflanov, Emanuel Aqbasan, İsmayıl Abdullayev və Oğuzxan Quliyev) isə yarımfinalda Belarus millisinə məğlub olub (13:16), bürünc medal uğrunda görüşdə isə Özbəkistan komandasına məğlub olaraq (15:16) turniri dördüncü pillədə başa vurub.
Turnirin qalibi isə Belarus millisini məğlub edən Rusiya yığması olub.