AZ

Ersin Tatar: Azərbaycanla münasibətlər güclənərək ortaq gələcəyimizin təminatı olmağa davam edəcək

İki dövlət arasındakı münasibətlər "tək millət" anlayışı ilə bütün sahələrdə güclənərək birlik, həmrəylik və ortaq gələcəyimizin təminatı olmağa davam edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə dair "X" hesabındakı paylaşımında qeyd edib.

"Azərbaycan Prezidenti, qiymətli dostum İlham Əliyevlə Qəbələdə keçirdiyimiz görüşdə iki qardaş ölkə arasındakı münasibətləri bütün tərəfləri ilə müzakirə etdik", - o bildirib.

Qeyd edək ki, E.Tatar TDT-nin XII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdədir.

Seçilən
16
5
bakivaxti.az

6Mənbələr