Çilinin ev sahibliyi etdiyi futbol üzrə U-20 dünya çempionatında qrup mərhələsi başa çatıb.
90deqiqe.Az xəbər verir ki, bununla da 1/8 final mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyənləşib.
Pley-off mərhələsində aşağıdakı yığmalar üz-üzə gələcəklər:
Çili – Meksika
Argentina – Nigeriya
Ukrayna – İspaniya
Kolumbiya – Cənubi Afrika Respublikası
ABŞ – İtaliya
Mərakeş – Cənubi Koreya
Paraqvay – Norveç
Yaponiya – Fransa
Qeyd edək ki, U-20 dünya çempionatına oktyabrın 19-da yekun vurulacaq. Növbəti – 2027-ci il U-20 dünya çempionatı isə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə təşkil olunacaq.