AZ

Təhsil işçilərinə təltiflər təqdim edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri üzrə 2025-ci ildə yubileyi olan təhsil işçiləri təltif edilib.

AzEdu.az xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyi yanında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavinləri Xəyalə Əhmədzadə və Anar Qədiməliyev, BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları və direktor müavinləri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə xüsusi missiya daşıyıcısı olan müəllimin üzərinə düşən vəzifələrin məsuliyyətindən söz açıb, ölkəmizdə təhsilin inkişafı, müəllim nüfuzunun artırılması və müasir tələblərə cavab verən təhsilverənlər ordusunun formalaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdən bəhs edib. Təhsilin inkişafındakı xidmətlərinə görə təltif olunan müəllimləri təbrik edən X.Əhmədzadə müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

Tədbirdə Milli Konservatoriyanın müəllim və tələbələrinin ifasında musiqili kompozisiya təqdim olunub.

Daha sonra 2025-ci ildə yubileyi olan təhsil işçilərinə BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilib. 

Seçilən
17
1
azedu.az

2Mənbələr