AZ

Politico: Fransa baş nazirinin istefası Makronu siyasi xaosa sürükləyir - ÖZƏL

Fransanın baş naziri Sebastyan Lekornu və onun hökumətinin istefası avronun dəyərdən düşməsinə səbəb olaraq, ölkədə siyasi böhranı daha da dərinləşdirib.

Baş verən hadisələr Fransa Prezidenti Emmanuel Makronu siyasi xaosun mərkəzinə salıb.

Olaylar bu barədə "Politico" qəzetinə istinadən xəbər verir ki, cəmi bir ay əvvəl Emmanuel Makron Lekornunu baş nazir vəzifəsinə təyin etmişdi.

"Lekornunun istefası onsuz da dərin olan siyasi qeyri-sabitliyi daha da gücləndirir və, çox güman ki, prezidentə təzyiqləri artıracaq," - deyə məqalədə bildirilir.

Bundan əvvəl politoloq Sergey Fyodorov Lekornunun istefasını şərh edərək qeyd edib ki, Fransanı siyasi sistemin çökməsi gözləyə bilər.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr