AZ

Binəli Yıldırım İlham Əliyevlə görüşündən yazdı

Azərbaycanın ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə toplantısı Türk dünyasının birlik, sabitlik və ortaq gələcəyini gücləndirən tarixi bir görüşdür.

Axar.az xəbər verir ki, bunu TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı X hesabındakı paylaşımında qeyd edib.

O bildirib ki, qardaşlıqdan doğan bu birlik regional sülh və qlobal nizam üçün davamlı güc mənbəyidir.

B.Yıldırım həmçinin qonaqpərvərliyə görə Azərbaycan liderinə təşəkkür edib.

Qeyd edək ki, B.Yıldırım TDT-nin XII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdədir.
Seçilən
3
9
sherg.az

10Mənbələr