AZ

Erməni nazir müavini içib dava saldı

Ermənistan mediası ölkənin Xarici İşlər Nazirliyində (XİN) növbəti qalmaqaldan yazıb.

Modern.az-ın məlumatına görə, xarici işlər nazirinin müavini Vahan Kosta­n­yan spirtli içki qəbul etdikdən sonra ictimai yerdə dava salıb.

Hadisə oktyabrın 4-də İrəvanın mərkəzindəki barlardan birində baş verib. Jurnalistlərin yazdığına görə, Kosta­n­yan orada bir qadınla birlikdə olub və uzun müddət spirtli içki içib. Daha sonra cütlük küçəyə çıxaraq mübahisə etməyə başlayıb.

Hadisə şahidlərinin sözlərinə görə, onlar bir-birini təhqir edib və fiziki təmasdan da çəkinməyiblər. Hadisə yerində çoxsaylı şahidlər olsa da, kimsə müdaxilə etməyib.

Ermənistan XİN hadisə ilə bağlı rəsmi açıqlama verməyib. Kosta­n­yan 2022-ci ildən nazir müavini vəzifəsində çalışır və diplomat karyerasına parlament aparatında başlayıb.

Seçilən
6
1
modern.az

2Mənbələr