ain.az, Mia.az portalına istinadən məlumat verir.
İmişli şəhər N. Şirinov adına 5 nömrəli texniki fənlər təmayüllü məktəb- liseyin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Zülfüqarova Validə Ziliş qızı bu gün dünyasını dəyişib.
Təhsilimizin inkişafında misilsiz xidmətləri olan Validə Zülfüqarovanın rəhbərlik etdiyi təhsil müəssiəsi uğurlu təlim- tərbiyə göstəricilərinə görə "İlin məktəb- liseyi" olmuşdur.
Validə müəllimə peşəkar pedaqoq, nüfuzlu məktəb- lisey rəhbəri olmaqla bərabər, ictimai işlərdə həmişə öndə olan, fəal Azərbaycan qadını idi. Yeni Azərbaycan Partiyasının İmişli rayon təşkilatında Qadınlar Şurasının sədri kimi regionda uğurlu işlər aparırdı.
Onun vaxtsız dünyasını dəyişməsi Azərbaycan təhsili üçün bir itkidir.
Bir həmkar, bir dost kimi xatirəsi həmişə qəlbimizdə olacaq!
Çox heyif, işləri, arzuları yarımçıq qaldı...
Allah rəhmət eləsin!
Səxavət Tağlar,
Əməkdar müəllim, Prezident mükafatçısı
MİA.AZ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.