AZ

Zelenski “Flamingo” məsələsinə bu cavabı verdi

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, son günlər Rusiya istiqamətində həyata keçirilən hücumlarda yalnız Ukrayna istehsalı silahlardan istifadə olunub.

Bu barədə o, Niderlandın müvəqqəti Baş naziri Dik Şofla birgə keçirdiyi mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, söhbət təkcə pilotsuz uçuş aparatlarından getmir. Zelenskinin fikrincə, paylaşılan görüntülərdən aydın olur ki, bəzi zərbələrdə dronlar tətbiq edilib, bəzilərində isə yox.

Prezident hücumlarda dronlardan başqa hansı silahların istifadə olunduğunu isə dəqiqləşdirməyib. Bu açıqlama Zelenskiyə ünvanlanan “Rusiya ərazisinə hücumlarda yeni “Flamingo” qanadlı raketləri işə salınıbmı?” sualına cavab olaraq səsləndirilib.

Zelenski həmçinin Ukrayna istehsalı silahların ixracına dair planlardan danışıb. O, əlavə edib ki, hazırda cəbhədə istifadə olunan silahların təxminən 40 faizi ya Ukraynada istehsal olunur, ya da Ukraynanın birbaşa iştirakı ilə hazırlanır.

Xatırladaq ki, daha əvvəl “The Economist” nəşri Ukrayna ordusunun artıq “Flamingo” raketlərindən istifadə etdiyini yazmış, lakin mənbəni açıqlamamışdı.

"Cebheinfo.az" 

Seçilən
6
3
cebheinfo.az

4Mənbələr