Bakıda qadını zorlamağa cəhd edən şəxs tutulub.
Daxili İşlər Nazirliyindən Ölkə.Az-a verilən məlumata görə, hadisə noyabrın 17-də baş verib.
Belə ki, Tovuz rayon sakini Faiq Alıyev S.Q-nı (qadın) zorlamağa cəhd göstərib və onun yerə düşmüş mobil telefonunu götürüb.
Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Faiq Alıyev tutulub.
Faktla bağlı araşdırma aparılır.
Ölkə.Az