Nyu-York əmtəə birjasında qızılın qiyməti tarixdə ilk dəfə bir troya unsiyası üçün 4000 dollar səviyyəsini keçib.
Xezerxeber.az-ın məlumatına görə, bunu "Comex"dəki məlumatlar təsdiqləyir.
Dekabr ayı qızıl fyuçerslərinin dəyəri bir unsiya üçün 4000,1 dollar səviyyəsinə çataraq 0,35% artım göstərib. Lakin Bakı vaxtı ilə 04:54-də qiymət bir unsiya üçün 3987,4 dollara enərək rekorda yaxın dəyərləri qoruyub.
Əvvəlki maksimum 6 oktyabrda qeydə alınmışdı. O zaman qızılın dəyəri bir troya unsiyası üçün 3949 dollar səviyyəsini keçmişdi.