AZ

Qızılın qiyməti sutka ərzində ikinci dəfə tarixi maksimumu yeniləyib

Nyu-York əmtəə birjasında qızılın qiyməti tarixdə ilk dəfə bir troya unsiyası üçün 4000 dollar səviyyəsini keçib.

"Report"un məlumatına görə, bunu "Comex"dəki məlumatlar təsdiqləyir.

Dekabr ayı qızıl fyuçerslərinin dəyəri bir unsiya üçün 4000,1 dollar səviyyəsinə çataraq 0,35% artım göstərib. Lakin Bakı vaxtı ilə 04:54-də qiymət bir unsiya üçün 3987,4 dollara enərək rekorda yaxın dəyərləri qoruyub.

Əvvəlki maksimum 6 oktyabrda qeydə alınmışdı. O zaman qızılın dəyəri bir troya unsiyası üçün 3980 dollara qədər bahalaşmışdı.

Seçilən
8
4
qaziler.az

10Mənbələr