Xalq artisti Mehriban Zəki yenidən aparıcılıq edəcək.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, aktrisa "Divarların sirri" adlı proqramla tamaşaçılarla görüşəcək.
Sözügedən veriliş "Mədəniyyət TV"də yayımlanacaq. Bakıda inşa olunan tarixi binaların hekayəsi izləyicilərin diqqətinə çatdırılacaq.