AZ

Türkiyədə mikroavtobus aşıb - ölənlər və yaralılar var

Türkiyənin Mersin əyalətinin Erdemli rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusun aşması nəticəsində beş nəfər ölüb, 14 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı "TRT Haber" yayıb.

Bildirilib ki, hadisə yerinə təcili tibbi yardım, jandarma və yanğınsöndürmə ekipajları göndərilib.

Məlumata görə, hadisə yerində araşdırma aparılır.

Seçilən
86
bakivaxti.az

1Mənbələr